ABŞ Çinin süni intellekt şirkətlərinə sanksiyalar tətbiq edə bilər

ABŞ Çinin süni intellekt şirkətlərinə sanksiyalar tətbiq edə bilər

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton süni intellekt sahəsində fəaliyyət göstərən Çin şirkətlərinə qarşı, onların distillasiya metodundan istifadə etməklə genişmiqyaslı gizli hücumlar həyata keçirməsi halında sanksiyalar tətbiq edə bilər.

ABŞ Maliyyə Nazirliyinin rəhbəri bununla bağlı açıqlamanı "X" sosial şəbəkəsində yayımlayıb.

Onun sözlərinə görə, Çin şirkətləri intellektual mülkiyyətin oğurlanması üçün distillasiya metodundan istifadə edərsə, ABŞ məhdudlaşdırıcı tədbirlərin tətbiqi və həmin şirkətlərin sanksiya siyahılarına daxil edilməsi imkanını nəzərdən keçirəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Çin məlumat mərkəzləri üçün enerji infrastrukturunun fəal inkişafı hesabına süni intellekt sahəsində ABŞ-ı qabaqlayır.

Mənbə: xeberler.az