ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər haqqında arxiv materiallarının beşinci paketini yayımlayıb.
Pentaqonun saytında yerləşdirilən yeni materiallarda Yaxın Şərqdə çəkilmiş bir neçə videoyazı da var. 2025-ci ilə aid videolardan birində yaşayış binalarının üzərindən uçan dairə görüntülənib.
Pentaqon əlavə faylların mütəmadi olaraq yayımlanacağını bildirib.
Xatırladaq ki, sənədlərin ilk hissəsi mayın 8-də dərc olunub. ABŞ Prezidenti Donald Tramp UNO-larla bağlı məlumatları açıqlamaq niyyətində olduğunu aprelin sonunda bəyan etmişdi.
Mənbə: publika.az