NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK

NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Günəş tutulmasına həsr olunmuş canlı yayım zamanı Krım yarımadasını Rusiya ərazisi kimi göstərən xəritə nümayiş etdirib.

Bu barədə “İzvestiya” məlumat yayıb.

NASA-nın rəsmi “YouTube” kanalında yayımlanan veriliş zamanı xəritədə Krım materikdən dövlət sərhədini göstərən xəttlə ayrılıb. Bununla da yarımada Rusiyanın ərazisi kimi təqdim olunub.

Maraqlıdır ki, Donetsk və Luqansk, həmçinin Xerson və Zaporojye vilayətləri həmin xəritədə Ukraynanın tərkibində göstərilib.

Canlı yayım avqustun 12-də baş verən Günəş tutulmasına həsr olunub. Tutulmanın maksimal mərhələsi saat 20:46-da qeydə alınıb, tam tutulma isə 2 dəqiqə 18 saniyə davam edib. Bu mərhələni İslandiyada yaşayanlar müşahidə edə biliblər.

Qeyd edək ki, Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil edilib. 2022-ci ildə isə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı referendumlar keçirilib. Ukrayna və Qərb ölkələrinin əksəriyyəti bu ərazilərin Rusiyaya məxsusluğunu tanımır.

Müəllif: Adəm

Mənbə: publika.az