Rumıniyanın şərqində mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı (PUA) vurulub.
bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 15-dən 16-na keçən gecə, saat 04:44-də (Bakı vaxtı ilə 05:44 - red.) Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalats şəhərindən təxminən 24 km şimalda, Moldova tərəfdən hava obyektinin milli hava məkanına daxil olmasını qeydə alıb", - deyə məlumatda bildirilir.
Rumıniyanın 57-ci "Mixail Koqelniçanu" aviabazasında hava patrul xidmətində olan İspaniya Aerokosmik Qüvvələrinin "F-18" qırıcısı saat 05:01-də (Bakı vaxtı ilə 06:01 - red.) dronu vurub.
PUA-nın qəlpələri Belen və Kudalbi yaşayış məntəqələri arasında yaşayış olmayan əraziyə düşüb.
Mənbə: oxu.az