İş günündən əvvəl hansı hərəkətlər faydalıdır? - Həkimdən məsləhət

İş günündən əvvəl hansı hərəkətlər faydalıdır? - Həkimdən məsləhət

Nevropatoloq Masud Hüseyn daha məhsuldar gün üçün işə getməzdən əvvəl bir fəaliyyətlə məşğul olmağı məsləhət görüb.

"El Confidencial" nəşri onun tövsiyələrini dərc edib.

Masud Hüseynin sözlərinə görə, işdən əvvəl istənilən çətin tapşırıqla məşğul olmaq lazımdır. O, nümunə olaraq xarici dil öyrənməyi və ya cəmi bir neçə dəqiqə musiqi alətində ifa etməyi göstərib. Daha bir variant olaraq fiziki aktivlik də seçilə bilər.

"Əgər insan işdən əvvəl hər hansı çətin bir şey edərsə, o, günün qalan hissəsində çətin tapşırıqların öhdəsindən gəlməyə daha yaxşı hazırlıqlı olacaq", - deyə mütəxəssis qeyd edib.

Uğurun açarı, ilk başda asan görünmürsə belə seçilmiş səhər məşğuliyyətində daha çox iştirak etməkdədir.

Həkim əmin edib ki, əvvəlcə narahatlıq yaradan bu məşğuliyyət daha sonra əhəmiyyətli fayda verəcək.

Mənbə: oxu.az