Claude Code Rusiyadan olan istifadəçiləri məqsədyönlü şəkildə müəyyənləşdirərək bloklamağa başlayıb.
Musavat.com xəbər verir ki, VPN-dən istifadə isə problemi həll etmir, əksinə, hesabın bloklanması riskini artıra bilər.
Anthropic şirkətinin süni intellekt xidmətinin daxili təlimatlarına əsasən, alqoritmlər istifadəçilərin cihazlarının sistem parametrlərini təhlil edir, onların faktiki coğrafi mövqeyini müəyyənləşdirir və hesabların sonradan ləğv edilməsi üçün bu məlumatları dəstək xidmətinə ötürür.
Hazırda belə bir praktikanın yalnız Anthropic şirkətində qeydə alındığı bildirilir.
Bununla belə, ekspertlər yaxın gələcəkdə ABŞ-nin digər iri süni intellekt platformalarının da oxşar istifadəçi identifikasiyası və bloklama mexanizmlərini tətbiq edə biləcəyini istisna etmirlər.
Musavat.com
Mənbə: musavat.com