İran kosmosa astronavt göndərəcəyi tarixi açıqladı

İran kosmosa astronavt göndərəcəyi tarixi açıqladı

İran 2028-ci ilin sonuna qədər öz biokapsulasından istifadə edərək astronavtları orbitə çıxaracaq.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur deyib.

Yerli biokapsülün uğurlu sınaq buraxılışına istinad edən Zarepur, ölkənin 10 illik kosmik sənaye planına uyğun olaraq, İranın 2028-ci ilin sonuna qədər biokapsuldan istifadə edərək astronavtları orbitə çıxaracağını bildirib.

İranın ən yeni bioloji kapsulu dekabrın 6-da “Salman” daşıyıcı raketindən istifadə etməklə uğurla buraxılıb. Bununla bağlı zəruri texnologiyaların işlənib hazırlanması və əldə edilməsi üçün yer səthindən 130 km yüksəkliyə buraxılıb.

Mənbə: yenisabah.az