İran İraqdakı proksi qüvvələrinə ilk dəfə uzaqmənzilli raketlər göndərib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti regiondakı kəşfiyyat orqanlarına istinadla məlumat yayıb.
“Silahların ötürülməsi SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən təşkil edilib. Digər iki növ raket - Qüds-351 və Camal-69 ballistik raketləri də ötən həftə İraqa qaçaqmalçılıq yolu ilə aparılıb. Raketlərin bəziləri Avropadakı hədəflərə çata bilir”, - məlumatda qeyd olunub.
Mənbə: axar.az