Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Kiyevə verilən “Sezar” özüyeriyən haubitsalarına qulluq etmək üçün istifadə edəcək.
Bunu Fransa xarici işlər naziri Jan Noel Barro deyib.
“Dondurulmuş aktivlərdən əldə edilən gəlirin istifadəsi sayəsində Fransa öz müəssisəsi vasitəsilə Ukraynaya verilən “Sezar” silahlarına texniki xidmət göstərə biləcək”, - Barro bildirib.
Qeyd edək ki, Fransa Ukraynaya 140-a yaxın “Sezar” haubitsası verib.
Mənbə: axar.az