ABŞ Müdafiə Nazirliyi Lockheed Martin şirkətilə “HIMARS” çoxsaylı buraxılış raket sistemlərinin istehsalı üçün dəyəri 742 milyon dollardan çox olan müqavilə imzalayıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
“Lockheed Martin korporasiyası yüksək hərəkətli artilleriya raket sistemi (HIMARS) üçün 742,1 milyon dollarlıq sabit qiymətli müqaviləyə layiq görülüb”, - Pentaqonun bəyanatında deyilir.
Hazırlanma yeri və maliyyələşdirmə şərtləri hər bir sifariş əsasında, təxmini tamamlama tarixi 31 may 2027-ci il tarixinə qədər müəyyən ediləcək.
Mənbə: report.az