Günəşdə dəhşətli partlayışı oldu, plazma kosmosa atıldı: Yerə çata bilər

Günəşdə dəhşətli partlayışı oldu, plazma kosmosa atıldı: Yerə çata bilər

Günəşdə Yerə qədər çata biləcək təxminən 1 milyon km ölçüdə plazma ejeksiyonu qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının Telegram kanalında məlumat verilib.

"Ola bilsin ki, bu ilin ən böyük və şübhəsiz ki, ən möhtəşəm gözə çarpan emissiyası bu səhər Günəşdə baş verib. Təxminən 1 milyon km ölçülü plazma filamenti kosmosa atılıb və bu, hərəkət edərkən fırlanan isti qaz tornadosuna bənzər bir şey əmələ gətirir", - məlumatda deyilir.

Qeyd edilir ki, emissiya Günəşin görünən tərəfində Yerlə tam əks istiqamətdə baş verib, ona görə də plazmanın bir hissəsinin Yerə çatması mümkündür.

Tural

Mənbə: publika.az