Dünya bazarının 30 faizini buğda ilə təmin edən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlar iyul ayında taxılın qiymətini 16 faiz artırıb.
Qara və Azov dənizlərində yaranan təhlükəli vəziyyət hər iki ölkədən buğda ixracını məhdudlaşdırıb.
Bununla yanaşı, Ukrayna pilotsuz uçan aparatlarının (PUA) Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində yanacaq qıtlığı yaranıb. Artıq benzin və dizel qıtlığı Rusiyanın Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərini də ağuşuna alıb. İnsanlar 30-40 litr benzin almaq üçün üçün günlərlə növbədə dayanmalı olurlar.
Rusiyada kombaynlar dizel çatışmazlığı ilə əlaqədar olaraq sahələrə çıxa bilmirlər.
Rusiyada cari ildə 1,7 milyon ton taxıl ixrac edəcək ki, bu da müharibədən əvvəlki ilə nisbətən 3 dəfə azdır.
Mənbə: azertag.az