SEPAH Hörmüz boğazında üç tankeri vuraraq saxladı

SEPAH Hörmüz boğazında üç tankeri vuraraq saxladı

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd edən üç tankerə mane olub.

Bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

SEPAH-ın bəyanatında bildirilir ki, bir neçə saat əvvəl təhlükəsiz və qeyri-qanuni marşrutla hərəkət edən, həmçinin xəbərdarlıqlara məhəl qoymayan üç tanker vurularaq dayandırılıb.

İyulun 25-də Oman körfəzində amerikalı hərbçilərin gəminin İran qazı daşıdığını səhvən ehtimal edərək, mayeləşdirilmiş neft qazı daşıyan tankerə zərbə endirdiyi bildirilmişdi.

İyulun 23-də üç tanker İranla razılaşdırmadan Hörmüz boğazından keçməyə cəhd göstermiş, bundan sonra gəmilərdən birində partlayış və yanğın baş vermişti.

Hüseyn İbadlı

Mənbə: publika.az