Kredit götürənlərə ŞAD XƏBƏR - Bu halda borcdan olunacaqsınız

Kredit götürənlərə ŞAD XƏBƏR  - Bu halda borcdan olunacaqsınız

Maliyyə bazarına yeni xidmət təklif olunur. Əgər bu təklif qəbul olunsa o zaman kredit götürən şəxslərin bir qismi kredit borcundan sığortalanacaq.

Məlum olduğu kimi bir müddət əvvəl kreditlərin sığortalanmasına başlanıldı və bu sığorta hesabına dünyasını dəyişmiş şəxsin kredit borcunu sığorta şirkəti ödəyir.

İndi isə daha bir maraqlı təklif irəli sürülüb. Belə ki, kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutan yeni mexanizm hazırlanır. Qaydalar təsdiqlənərsə, müəyyən hallarda qaytarıla bilməyən kredit borclarının sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olacaq.

Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi halları üzrə sığorta tətbiq olunur və bu sahə Mərkəzi Bankın qaydaları ilə tənzimlənir:

“Hazırlanan yeni qaydalar isə kredit götürən şəxslərin işsiz qalma riskinin sığortalanmasını nəzərdə tutur. Bildiyimiz kimi, bəzi hallarda vətəndaşlar özlərindən asılı olmayan səbəblərdən – iş yerlərinin bağlanması, işdən azad edilmələri və digər oxşar hallara görə kredit ödənişlərində çətinliklə üzləşirlər. Yeni mexanizm tətbiq edilərsə, belə hallarda kredit öhdəliyi sığorta şirkəti tərəfindən qarşılana bilər. Kredit risklərinin sığortalanması həm vətəndaşların maliyyə yükünü azalda, həm də bankların risklərini minimuma endirə bilər”.


Bəs sığorta haqqını kim ödəyəcək?

Müsahibimiz hesab edir ki, Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alaraq, bankların faiz endirimlərinə getməklə sığorta səbəbindən yaranacaq əlavə xərcləri kompensasiya etmək mümkündür:

“Belə vəziyyətdə vətəndaş heç nə itirməyəcək. Eyni zamanda bank da xoşagəlməz hallardan sığortalanacaq. Ona görə də sığortalanması ilə bağlı yeni qaydaların qısa zamanda təsdiqlənməsi məqsədəuyğundur. Onun fikrincə, bu mexanizm həm bank sektorunda mütərəqqi dəyişikliklərə səbəb olacaq, həm də maliyyə sektorunda risklərin azalmasına töhfə verəcək”.

Mənbə: bizim.media