İpoteka və Kredit Zəmanət Fondu yeni sistem yaradır

İpoteka və Kredit Zəmanət Fondu yeni sistem yaradır
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka və kredit zəmanət" sisteminin yaradılması ilə bağlı açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 7 milyon 612 min manat təşkil edir.

Tender çərçivəsində ipoteka kreditlərinin verilməsi alt sisteminin və yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi alt sisteminin yaradılması nəzərdə tutulur.

Mənbə: oxu.az