Rusiyanın konsolidasiya edilmiş büdcə kəsiri 160 milyard rubla çatıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edən dövlət başçısı regional maliyyə vəziyyətinə xüsusi diqqət yetirilməsini tələb edib. Putin vurğulayıb ki, bu ilin birinci yarısında konsolidasiya edilmiş regional büdcələrin həm gəlirləri, həm də xərcləri 5,9 faiz artıb.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az