Venesuelada hasil olunan xam neftin təqribən yarısı Amerika Birləşmiş Ştatlarına ixrac edilir.
Bu barədə ABŞ-nin energetika nazirinin müavini Kayl Haustvayt məlumat verib.
Texas ştatının Hyuston şəhərində çıxış edən rəsmi bildirib:
"Son bir neçə ay ərzində biz 500 min bareldən çox, yəni Venesuelada çıxarılan neftin təxminən yarısının Birləşmiş Ştatlara, məhz bu neft üçün xüsusi olaraq inşa edilmiş neft emalı zavodlarına gətirildiyini görürük".
Haustvaytın sözlərinə görə, hazırda Bolivar Respublikasında gündəlik neft hasilatı təqribən 1,25 milyon barelə bərabərdir.
Mənbə: oxu.az