Məktəb alış-verişinə nə qədər vəsait lazımdır?

Məktəb alış-verişinə nə qədər vəsait lazımdır?

Yeni tədris ilinin başlamasına az vaxt qalması ilə məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları və digər zəruri məhsullara tələbat artır. Hazırkı bazar məlumatlarında bəzi məhsullar üzrə qiymətlərin sabit qaldığı, bəzilərində isə ötən illə müqayisədə artım müşahidə olunduğu bildirilir.

Bəs, yeni tədris ili ərəfəsində məktəb alış-verişinin ailə büdcəsinə düşən yükü nə qədərdir, qiymət artımına əsasən hansı amillər təsir edir və qarşıdakı günlərdə tələbin daha da yüksəlməsi məktəb məhsullarının qiymətlərində əlavə bahalaşmaya səbəb ola bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən İqtisadçı ekspert Natiq Cəfərli bu, hər il avqustun sonu, sentyabr ayının əsas mövzularından biridir və biz məktəb ləvazimatları ilə bağlı idxaldan asıl olduğunu bildirib.
"Məktəb ləvazimatları, geyim, çanta və digər məhsulların demək olar ki, hamısı idxal məhsullarıdır. İdxal məhsullarının qiymətlərində artım müşahidə olunur. Təəssüf ki, ən azı keçən illə müqayisədə bu il orta hesabla 10 faiz civarında qiymət artımı gözlənilir. Bir uşağın məktəbə hazırlığı ailəyə ən azı 250-300 manata başa gəlir. Təbii ki, bu məbləğ daha yüksək də ola bilər və ailənin maddi imkanlarından asılıdır. Elə ailələr var ki, yalnız bir çantaya 300 manat xərcləyə bilərlər. Amma orta statistik Azərbaycan ailəsi üçün paltar, çanta, dəftər, kitab və digər məktəb ləvazimatlarının alınması təqribən 250-300 manata başa gəlir".

Mənbə: www.bakupost.az