Qatarların hərəkəti bərpa edilib - Yenilənib

Qatarların hərəkəti bərpa edilib -

Hazırda Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Bu barədə “Qafqazinfo”ya vətəndaşlar məlumat veriblər.

Gecikmə ilə əlaqədar olaraq platformalarda növbələr yaranıb.

***

Vətəndaşların sözlərinə görə, problem artıq aradan qaldırılıb. Bakı–Pirşağı–Sumqayıt xəttində təxminən 8 dəqiqə, Bakı–Xırdalan xətti üzrə isə 10 dəqiqəlik yubanma qeydə alınıb.


Mənbə: qafqazinfo.az