ABŞ-də inflyasiya zirvəyə çatdı - FES faiz artımına hazırlaşır

ABŞ-də inflyasiya zirvəyə çatdı -

ABŞ Federal Ehtiyat Sisteminin (FES) əsas inflyasiya göstəricisi kimi qəbul etdiyi baza PCE indeksi aylıq müqayisədə 0,3% artıb. Beləliklə, göstərici ardıcıl üçüncü aydır eyni templə yüksəlir.

Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan indeks illik müqayisədə 3,3% artıb.
Bu isə, 2023-cü ildən bəri ən yüksək göstəricidir. Proqnoz 3,2% artım idi. Əvvəlki ayda isə illik artım 3,1% təşkil etmişdi.
İnflyasiyanın yüksək qalması FES-in gələn ay faiz dərəcələrini artırması ehtimalını gücləndirir.
Görəsən, FES PCE indeksi aylıq müqayisədə niyə artıb?
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, FES PCE indeksini əslində artırmır:
“PCE indeksi inflyasiya indeksidir. Bu da qiymətlərin yüksəlməsilə bağlıdır. FES isə sadəcə onun statistikasını elan edir və ona əsasən də işini qurur”.
Ekspert qeyd edir ki, ABŞ-də qiymət artımı isə həm ölkə daxili, həm də qlobal məsələlərlə bağlıdır:
“İnflyasiyanın da əsas drayzeri enerji qiymətlərinin yüksək olmasıdır və bu, inflyasiyaya xüsusi təsir edən amildir. Bu isə daşıma xərcləri, istehsalın maya dəyəri və idxal xərclərinin də artmasına gətirib çıxarır. Qiymət indeksinin bu fonda dayanmadan artmasının əsas səbəbi qlobal müstəvidə və Amerika daxilində baş verən proseslərlə bağlıdır. Amerikanın böyük büdcəsi var, borclanmaya gedir, bu əsasda vergi dərəcələrini də aşağı salıb, daxili tələbi yüksəldiblər. Dünyada da istehsal xərcləri artır və nəticədə Amerikada inflyasiya yüksəlir”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az