Nazir iqlim dəyişikliklərinin aqrar sahəyə təsirindən danışdı

Nazir iqlim dəyişikliklərinin aqrar sahəyə təsirindən danışdı

“COP29 Azərbaycanda keçirilən ən mühüm tədbirlərdən biridir. Bu tədbir çərçivəsində iqlim dəyişikliyi ilə bağlı müzakirələr aqrar sahəyə öz töhfəsini verəcək”.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O, bildirib ki, iqlim dəyişikliklərinin aqrar sahəyə verdiyi neqativ təsirlər həddən artıq böyükdür: “19 noyabr tarixində kənd təsərrüfatı, qida və su günü keçiriləcək və həmin gün aqrar sahə ilə bağlı, iqlim dəyişmələrinin aqrar sahəyə təsirləri ilə bağlı müzakirələr aparılacaq”.

“Azərbaycanda irəli sürülən 14 təşəbbüsdən biri aqrar sahə ilə bağlıdır. Bu, fermerlər üçün Bakı Harmonoya İqlim Təşəbbüsüdür. Ümid edirik ki, bu təşəbbüs bütün indiyə kimi olmuş aqrar təşəbbüslərin bir yerdə aqreqatoru rolunu oynayacaq. Bu təşəbbüsləri bir yerə toplayacaq, koordinasiya edəcək və aqrar sahə və fermerlər üçün qərarlar veriləcək”, - nazir əlavə edib.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az