Mamasadık Bəkirov: "Qırğızıstan biznes üçün bütün zəruri şəraiti yaradıb"

Mamasadık Bəkirov: "Qırğızıstan biznes üçün bütün zəruri şəraiti yaradıb"

Qırğızıstan biznesin aparılması və investisiyaların cəlb edilməsi üçün bütün zəruri şəraiti yaradıb

Bu barədə Qırğızıstanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mamasadık Bəkirov Şuşada keçirilən 6-cı İƏT biznes forumunda bəyan edib.

O vurğulayıb ki, investorlara, sahibkarlara və rezidentlərə həm hüquqi cəhətdən, həm də praktikada - layihənin başlanğıcından tamamlanmasına qədər hərtərəfli dəstək göstərməyə hazırdırlar: "Ticarət-Sənaye Palatası hər bir layihəni bütün mərhələlərdə müşayiət edəcək".

M.Bəkirovun sözlərinə görə, biznesin inkişafı İƏT-ə üzv ölkələr üçün əsas prioritetlərdən biridir.

"Dövlət başçıları - Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin rəhbərləri iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirlər. Onlar hər zaman biznesə dəstək göstərirlər", - o əlavə edib.

Mənbə: report.az