"Bitcoin"in SON qiyməti – FOTO

"Bitcoin"in SON qiyməti –

Mayın 8-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti artıb.

Dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:50-də “CoinMarketCap” platformasında 2.57% bahalaşaraq 98 859 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.98% artaraq 1901 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 1.97%, BNB isə 0.88% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.


Mənbə: bizim.media