AZAL Pakistanla Hindistana uçuşları bərpa edir

AZAL Pakistanla Hindistana uçuşları bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün Azərbaycan Hava Yollarının (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb.

Bildirilib ki, AZAL-ın Pakistanın Lahor şəhərinə bu günə planlaşdırılan reysi cədvələ uyğun həyata keçiriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Mənbə: qafqazinfo.az