İranın hava məkanında uçuşlara tətbiq edilən qadağanın müddəti uzadılıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilir ki, hava məkanı 15 iyun saat 15.00-dək (Bakı vaxtı 14.30) bütün uçuşlara qapalı olacaq.
Mülki aviasiya idarəsi bütün daşıyıcılara müvafiq bildiriş göndərib.
Mənbə: bizim.media