Bakıda ŞOK artım: Torpaq qiymətləri bu il 19 faiz bahalaşdı!

Bakıda ŞOK artım: Torpaq qiymətləri bu il 19 faiz bahalaşdı!

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam edir.

Bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı hesabatda bildirilib.

Hesabata əsasən, 2023-cü illə müqayisədə 2024-cü ildə paytaxtda torpaq sahələrinin orta qiyməti 14 faiz artıb. Bu isə 2022-ci ildən bəri müşahidə olunan ümumi 44 faiz bahalaşma tendensiyasının tərkib hissəsidir. 2025-ci ilin I rübündə isə qiymətlər illik müqayisədə 19 faiz yüksəlib.
Mütəxəssislərin fikrincə, urbanizasiya, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin getdikcə azalması və eyni zamanda təklifin məhdudlaşması qiymət artımına birbaşa təsir edən əsas amillərdir. Torpaq bazarına olan davamlı və sabit tələbat bu sahədə gərginliyi artırmaqda davam edir.
ABB-nin hesabatında 2025-ci ildə də torpaq bazarında bahalaşma tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. Ekspertlər bildirirlər ki, yeni tikinti layihələrinə marağın artması, infrastrukturun inkişafı və əhalinin yaşayış üçün torpağa olan ehtiyacının yüksəlməsi, qiymətlərin yaxın perspektivdə də artacağını göstərir.

Mənbə: www.bakupost.az