Müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanı mərhələsində iştirak edəcək namizədlər üçün vacib tövsiyələr açıqlanıb.
Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, namizədlər yalnız şəxsi səhifədə qeyd olunan tarix və saatda imtahanda iştirak edə bilərlər.
"Şəxsi səhifədə qeyd olunan məkandan fərqli imtahan mərkəzlərində keçirilən imtahanlarda iştirak etmək imkan xaricindədir. MİQ imtahanında iştirak üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. Namizədi müşayiət edən şəxslər imtahan mərkəzinin ərazisinə buraxılmayacaqlar. Test imtahanının davametmə müddətini ve müsabiqə şərtlərindən irəli gələn digər məqamları nəzərə alaraq namizədlərə öz yaxınlarını imtahana gətirməməsi və imtahan ərazisinə tək yaxınlaşmağı tövsiyə olunur. Namizədin imtahan binasına yemək, su (bütün növ içkilər), çanta və ya digər şəxsi əşyalar gətirməmək tövsiyə olunur. İmtahan prosesində hər hansı sual yarandıqda və ya məlumat uyğunsuzluğu baş verdikdə namizəd səssizcə əlini qaldırıb nəzarətçilərin ona yaxınlaşmasını gözləməlidir. Namizəd imtahanı bitirdikdən sonra nəzarətçinin təlimatı olmadan imtahan zalını tərk etməmǝlidir. İmtahan zamanı istifadə olunan qaralama kağızları imtahan zalından çıxarılmamalıdır", - məlumatda deyilib.
Mənbə: publika.az