Xuraman Şuşalı nəhayət Şuşaya getdi

Xuraman Şuşalı nəhayət Şuşaya getdi

Müğənni Xuraman Şuşalı Şuşaya yollanıb.

Yenisabah.az xəbər verir ki, o, video yayımlayaraq ailəsindən danışıb:

"Ailəmizdə qardaşım qarmon, bacım pianoçu, mən isə solo ifa edirdim. Qardaşım nağaraya gedirdi, sonra qarmon sinfinə keçdi. Evdə nağaramız da var idi.

Evimizdə gecələr konsert olurdu. Qardaşım qarmon, bacım piano ifa edirdi. Atam karandaşı götürürdü, stola vururdu, mən isə oxuyurdum. Qonşular əl çalırdı. Özümü o vaxt ulduz hesab edirdim.

Şuşada məktəblərdə oxuyurdum, Bakıdan belə çəkiliş gəlirdi. Allah düşmənləri yox etsin, həyatımızı alt-üst etdilər".

Qeyd edək ki, Xuraman "Evdəkilərə salam" verilişinin çəkilişi ilə əlaqədar Şuşaya yollanıb.

Mənbə: yenisabah.az