Bəyimxanım 27 illik arxivini üzə çıxardı: “Məni tanıyan oldu?” – VİDEO

Bəyimxanım 27 illik arxivini üzə çıxardı: “Məni tanıyan oldu?” –

Əməkdar artist Bəyimxanım Vəliyeva 27 illik arxivini üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, sənətçi 1996-ci ildə lentə alınan çıxışının görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Bəyimxanım paylaşımına “Mənə çox maraqlıdır, görəsən, aranızda balaca Bəyimxanımı tanıyanlar çoxdur ya az?

Bu isə düz 1996-ci ilin görüntüsüdür. Yəni üstündən düz 27 il keçib. O zaman hamımızın sevimlisi Ələkbər əmi var idi. Yəqin ki, çoxunuz xatırlayarsınız. Allah ona qəni-qəni rəhmət eləsin, həyatdan nakam köçdü o da.

O zaman mən Ələkbər əminin bütün efirlərinin ən sevimli ifaçısı idim. Hər zaman öz verilişlərinə məni mütləq çəkirdi” sözlərini yazıb.

Qeyd edək ki, B.Əliyeva ailəlidir. Onun beş övladı var.


Mənbə: bizim.media