“Maska” final etdi, bu məşhur QALİB OLDU - VİDEO

“Maska” final etdi, bu məşhur

İctimai TV-nin maraqla izlənilən “Maska” şou layihəsi final edib.

Layihənin son buraxılışında üç maska - “Yadplanetli”, “Qırat” və “Pələng” yarışıb.

Proqramın qalibi olan “Qırat” maskası altında keçmiş Avroviziya təmsilçimiz İlkin Dövlətov çıxış edib.

Bundan başqa, “Yadplanetli” aparıcı Hüsniyyə Məhərrəmova, “Pələng” isə Xalq artisti Samir Cəfərov çıxıb.


Sara

Mənbə: bizim.media