Villasını 8 milyona satırdı 100 dollara aldılar

Villasını 8 milyona satırdı 100 dollara aldılar

Məşhur müğənni Filipp Kirkorov ABŞ-nin Mayami şəhərində yerləşən malikanəsini qızı Alla-Viktoriyaya cəmi 100 dollara satıb.

Xalq artisti villanı bu qiymətə satsa da, malikanənin rəsmi dəyəri 4,38 milyon dollardır.

Bildirilib ki, Kirkorov bu addımı qızı Alla-Viktoriyanın ABŞ vətəndaşlığı hüququnu təmin etmək məqsədilə atıb.

Qeyd edək ki, ötən ay ABŞ Maliyyə Nazirliyi Rusiyanın xalq artisti Filipp Kirkorovun həmin malikanəsində yoxlama aparmışdı.

Mayami-Biçdə yerləşən 1380 kvadratmetrlik əmlak iki evdən ibarətdir. Əsas ev və sərnişin liftləri, hovuz, qaraj, terraslar və spa olan qonaq evi.

Kirkorov bu malikanəni 2011-ci ildə 4,2 milyon dollara almışdı. 2024-cü ildə isə onu 8 milyona satışa çıxarsa da, alıcı tapa bilməyib.

Mənbə: qafqazinfo.az