Reper Asya Alizade "Eurovision" Mahnı Müsabiqəsində iştirak etmək istədiyini növbəti dəfə dilə gətirib.
Sənətçi bu barədə Aria Nejatiyə verdiyi müsahibədə danışıb. O bildirib ki, artıq uzun müddətdir bu mövzu ilə bağlı ona suallar ünvanlanır və müsabiqədə ölkəsini təmsil etməyə hazırdır.
Asya Alizade qeyd edib ki, həm Azərbaycanı, həm də Türkiyəni "Eurovision" səhnəsində təmsil etmək istədiyini bildirib.
Sənətçi müsabiqə tarixində ən çox bəyəndiyi çıxışların Nigar Camal və Eldarın ifa etdiyi "Running Scared", eləcə də Hadisenin səsləndirdiyi "Dum Tek Tek" mahnıları olduğunu deyib.
Reper, belə bir fürsət əldə edəcəyi təqdirdə tamaşaçıların dəstəyini qazanacağına inandığını da vurğulayıb.
Mənbə: news.milli.az