Aparıcı Zaur Baxşəliyev müəllifi və aparıcısı olduğu “Bizimləsən” verilişinin bağlanma səbəbindən danışıb.
Aparıcı verilişin niyə bağlandığı ilə bağlı suala belə cavab verib:
“Verilişi bağlayan televiziyadır. Dədəmin televiziyasıdır? Televiziyanın rəhbəri deyir ki, bağlayıram. Hə, bağlayırsan, Allah canını sağ etsin. İndi deyir səni başqa cür görmək istəyirəm. Deyirəm, lap yaxşı. O vaxt evlilik proqramı aparırdıq. Vüqar Qaradağlı televiziyaya gələndə dedi ki, Zaur, mən səni başqa ampluada görmək istəyirəm, evlilik proqramını bağlayıram. Dedim, tamam, mən də ciddi veriliş açaram”.
Mənbə: www.bakupost.az