Xalq artisti Nisə Qasımova uzun müddət sonra yeni görüntüsü ilə diqqət çəkib.
Müğənni obyektiv qarşısına keçərək video çəkib və həmin görüntüləri instaqram hesabında yayımlayıb.
Qeyd edək ki, Nisə Qasımova bir müddət əvvəl insult keçirib. Sənətçi uzun müddət müalicə alıb və səhhəti ilə əlaqədar efirdən uzaq qalıb.
Mənbə: publika.az