Ronaldo ilə yarışaram - Mustafa Sandal

Ronaldo ilə yarışaram - Mustafa Sandal

Türkiyəli müğənni Mustafa Sandal Harbiyedə keçiriləcək konserti öncəsi son üç ay ərzində ciddi hazırlıq keçdiyini açıqlayıb.

Sənətçi açıqlamasında həyatının ən çətin hazırlıq dövrünü yaşadığını bildirib.

"Üç aydır ciddi hazırlıq mərhələsindəyəm. Qarşıma böyük hədəf qoymuşam və ona addım-addım yaxınlaşıram”, - o deyib.

Məsuliyyətli olmasına güvəndiyini vurğulayan Sandal iddialı açıqlaması ilə də diqqət çəkib: "Hər günün haqqını verirəm. Ronaldo ilə yarışaram. Zarafat etmirəm. İntizam və hazırlıq baxımından ən güclüsü ilə belə yarışaram”.

Müəllif: Roza

Mənbə: publika.az