Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - FOTO

Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - FOTO

Müğənni əkiz bacılar Sevil-Sevinc Səfərovalar ifa etdikləri mahnını oğurluq hesab edən izləyicilərin iradlarına münasibət bildiriblər.

Milli.Az-a istinadən xəbər verilir ki, sənətçilər "Bizimkilər niyə elə hey oğurluq mahnıları oxuyurlar. Çətindimi öz ciblərindən yazdırıb oxumaq?!" sözləri ilə ünvanlarına yazılan tənqidə cavab veriblər.

Bacılar mahnının hazırlanmasına ciddi vəsait və zəhmət sərf edildiyini vurğulayıblar:

"Bir açıqlama vermək istəyirəm. Çünki kimininsə əməyini kiçildən, zəhmətini yerə vuran insanları qınayıram. Mahnını "oğurlayıb", "pul xərcləməyibsiniz" deyənlərə səslənirəm: bu layihə üçün ən azı 7000 AZN vəsait xərclənib. Aranjıman, sözlər, klip və bu işdə əməyi keçən onlarla insanın zəhməti var.

Bu, oğurluq deyil! Biz mahnının ifaçısından da halallıq almışıq və bu layihə bizim üçün sıfırdan hazırlanıb.

Zəhmət olmasa, heç kimin əməyini və əziyyətini yerə vurmayın. Hər bir işin arxasında böyük zəhmət, vaxt və maddi-mənəvi əziyyət dayanır", - deyə bacılar bildiriblər.

Mənbə: publika.az