"44" bədii filminin premyerası ərəfəsində ən yaxın günlərdə tamaşaçılara təqdim olunacaq 12 tizer hazırlanıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Instagram" hesabında "44" bədii filminin ikinci tizeri olan "Duyğu"nu paylaşıb və bu videoda ilk dəfə olaraq filmə çəkilmiş saundtrekin bir parçası səsləndirilib.
Çox gözlənilən "44" filminin premyerası 2026-cı il oktyabrın 1-də Heydər Əliyev Mərkəzində baş tutacaq, bundan sonra nümayişlər ölkə kinoteatrlarında davam edəcək.
Mənbə: bizim.media