Kitabxanaların insan həyatına gözlənilməz təsiri aşkarlandı

Kitabxanaların insan həyatına gözlənilməz təsiri aşkarlandı

Qlazqo Universitetinin və Şotlandiyanın Sterlinq Şurasının kitabxana xidmətinin apardığı araşdırma göstərib ki, ictimai kitabxanalar insanların təkliyə mübarizə aparmasına, sosial əlaqələr qurmasına, yeni vərdişlər qazanmasına və ümumi rifahına güclü təsir göstərir.

Şotlandiyadakı St. Ninians kitabxanası nümunəsində aparılan "Evidencing the Social Value of Public Libraries" adlı layihə sübut edib ki, kitabxanaların real sosial dəyəri yalnız verilən kitabların və ya ziyarətçilərin statistikası ilə ölçülə bilməz.

Kitabxanalar sosial izolyasiyanı azaldan, etibarlı ictimai məkanlar yaradan və dörd əsas istiqamətdə — sosial əlaqələr, mədəni zənginləşmə, iqtisadi dəstək, eləcə də sağlamlıq və rifah sahələrində cəmiyyətə mühüm töhfə verən mərkəzlərdir. Tədqiqatçılar bu təsiri qiymətləndirmək üçün xüsusi praktiki alət (Social Value Toolkit) da hazırlayıblar.

Mənbə: bizim.media