Həmin gündən 4 il ötdü... - Fotolar

Həmin gündən 4 il ötdü... - Fotolar

2022-ci ildə Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatdan 4 il ötür.

“2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Bu təxribatın və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub.

Bu gün şəhid olanların yaxınları onların II Fəxri xiyabandakı məzarlarını ziyarət edib, xatirələrini yad ediblər.

Həmin şəhidlərdən biri də uşaq evində böyüyən Səbuhi Əhmədov olub. Onun vətən uğrunda şəhid olmasından sonra hüzünlü hekayəsi hər kəsi təsirləndirib. Dünən isə onun qardaşı müraciət yayaraq, anım günündə hər kəsi qardaşını yad etməyə çağırmışdı.

Fotolar: Xəyal Vəlizadə




























Mənbə: qafqazinfo.az