Türkiyəli məşhur aktyor Özcan Dəniz Bakıya sevgisini etiraf edib.
Musavat.com xəbər verir ki, “Son Yemek” filminin qala gecəsində iştirak etmək üçün Bakıya gələn sənətçi media nümayəndələri ilə görüşüb, jurnalistlərin suallarını cavablandırıb.
Mətbuat konfransında paytaxtımıza heyranlığını gizlətməyən Özcan Dəniz Bakını çox sevdiyini və burada olmaqdan böyük məmnunluq duyduğunu bildirib. Aktyor yaxın gələcəkdə oğlunu da Bakı ilə tanış etmək üçün şəhərimizə gətirmək istədiyini söyləyib.
Yaradıcılıq planlarından da danışan sənətçi televiziya seriallarında çəkilmək niyyətində olmadığını vurğulayıb. O, bundan sonrakı fəaliyyətində əsas diqqətini kino layihələrinə və musiqiyə yönəltməyi planlaşdırdığını qeyd edib.
Könül İbrahim
Video müəllifindir.
Mənbə: www.musavat.com