“Çox pinti adamam” - Rəşid Mahmudovun etirafı

“Çox pinti adamam” -

Tibb elmləri namizədi Rəşid Mahmudov şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.

Tanınmış həkim həyat yoldaşının onun gündəlik həyatındakı əhəmiyyətindən danışaraq xanımsız yaşamağın onun üçün çətin olacağını bildirib.

"Allahdan arzu edirəm, birinci mən ölüm, sonra mənim arvadım. Mənim üçün qadınsız həyat ola bilməz. Xanımsız qalsam, abır-həyam çöldə qalar. Çox pinti adamam. Hər gün paltarım dəyişilir, kostyumum hazır olur", - deyə Rəşid Mahmudov bildirib.

Həkimin həyat yoldaşına bağlılığını ifadə etdiyi bu sözlər sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Mənbə: bizim.media