Hollivud ulduzunun nağıl kimi evi - 120 illik malikanədən fotolar

Hollivud ulduzunun nağıl kimi evi -

Hollivud ulduzu Enn Heteueyin Kaliforniyadakı tarixi malikanəsi diqqət çəkib.

Aktrisa həyat yoldaşı, prodüser və dizayner Adam Şulmanla birlikdə ABŞ-nin Kaliforniya ştatının Ojay şəhərində yerləşən, 100 ildən artıq yaşı olan malikanədə yaşayır.

İsveçrə dağ evi üslubunda tikilmiş bu mülkün tarixi 1906-cı ilə gedib çıxır. Memar Mayron Hantın layihəsi əsasında inşa edilən bina əvvəlcə ov evi və istirahət məkanı kimi istifadə olunub. Lakin 11 il sonra baş verən yanğın nəticəsində dağılıb. Daha sonra tarixi memarlıq xüsusiyyətləri qorunmaqla yenidən bərpa edilib.

Malikanənin interyerinin yenilənməsi zamanı ev sahibləri binanın tarixi ruhunu qorumaqla yanaşı, müasir detallardan, vintaj mebellərdən və parlaq rənglərdən istifadə etməyə üstünlük veriblər. İnteryerdə sarı, mavi, yaşıl və çəhrayı çalarlar üstünlük təşkil edir. Aktrisanın yataq otağı isə xüsusi olaraq çəhrayı rəngdə dizayn edilib.

Evin ən maraqlı məkanlarından biri də musiqi otağıdır. Burada piano, rahat divanlar və XX əsrin əvvəllərinə aid böyük diskoteka şarı yerləşir. Enn Heteuey və həyat yoldaşı dostlarını məhz bu otaqda qonaq etməyi, musiqi dinləməyi və birlikdə vaxt keçirməyi sevirlər.

Xatırladaq ki, noyabr ayında aktrisa və həyat yoldaşı üçüncü dəfə valideyn olublar. İki oğul övladı olan cütlüyün bu dəfə qız övladı dünyaya gəlib.










Mənbə: qafqazinfo.az