ABŞ-də pilotlar səmada oyun oynadılar - Video

ABŞ-də pilotlar səmada oyun oynadılar - Video

ABŞ-nin Florida ştatının Stüart şəhərində keçirilən aviaşouda havada "tic-tac-toe" ("X və 0") oyununun nümayişi baş tutub.

Oxu.az-a istinadən xəbər verilir ki, pilotlar səmada oyun sahəsi çəkib, daha sonra onu ağ tüstü izlərindən ibarət iks və sıfırlarla doldurmağa başlayıblar.

Bu zaman təyyarələrin özləri böyük hündürlükdən demək olar ki, görünməyib. Belə təsvirlər yaratmaq üçün təyyarənin qaz sisteminə xüsusi yağ verilir. Bu yağ sonradan buxarlanaraq sıx ağ tüstü izi əmələ gətirir.

Floridada pilotların çıxışları, aviasiya texnikasının nümayişi və maarifləndirici tədbirləri ilə tamaşaçıları cəlb edən bir neçə əhəmiyyətli aviaşou keçirilir. Belə tədbirlərdən biri olan Florida Beynəlxalq Aviaşousu (FIAS) bu il noyabrın əvvəlində Punta-Qorda hava limanında baş tutub. Bir neçə gün davam edən aviaşou çərçivəsində həm hərbi, həm də mülki pilotların çıxışları, eləcə də təyyarələrin və digər aviasiya texnikasının statik sərgiləri təşkil olunub.

Mənbə: olke.az