Röya ilə Aygünün barışığının pərdəarxası: Faiq Ağayevdən sensasiyalı ETİRAF

Röya ilə Aygünün barışığının pərdəarxası: Faiq Ağayevdən sensasiyalı ETİRAF

Faiq Ağayev “Qonaqcanlı” verilişində qonaq olarkən bildirib ki, Röya Ayxan ilə Aygün Kazımovanın münasibətlərinin düzəlməsində şəxsən özü vasitəçilik edib.

Musavat.com bildirir ki, Xalq artisti əvvəlcə Aygün Kazımova, daha sonra isə Röya Ayxanla ayrı-ayrılıqda söhbət apardığını deyib:

“Röya ilə Aygünün ilk barışığının memarı özüm idim. Aygünlə ayrıca, Röya ilə ayrıca söhbət elədim. Aygünün doğum günü idi, ad günü idi. Və mən Röyaya dedim ki, Röya, heç fikirləşmədən, heç bir belə götür-qoy eləmədən gəl, mən orda varam. Mən sənə söz verirəm ki, hər şey yaxşı olacaq”.

Faiq Ağayev digər sənətçilər arasında da barışığa nail olmaq üçün vasitəçilik etdiyini söyləyib. O, mərhum Nailə Mirməmmədli ilə Xanım İsmayılqızı arasındakı münasibətlərin düzəlməsində də rolunun olduğunu bildirib.

Mənbə: www.musavat.com