Rusiyanın Əməkdar artisti, müğənni Leonid Aqutin xəstəxanaya yerləşdirilib.
55 yaşlı sənətçi ayağında başlayan şiddətli ağrılar səbəbilə qatılacağı verilişdən imtina edərək təcili xəstəxanaya aparılıb.
Həkimlər Aqutinə dərin damar trombozu diaqnozu qoyublar. Sənətçini əvvəlki halına qaytarmaq üçün uzun müalicələr təyin edilib.
Leonid qəfil pisləşən səhhəti ilə bağlı sosial şəbəkə hesabında xəstəxananın palatasında çəkilən selfisini paylaşaraq əməliyyat olunduğunu bildirib:
"Dünən konsertdən əvvəl ağrılara görə xəstəxanaya gəldim. Düz yeriyə bilmirdim. Fikirləşdim ki, bu, burxulmadır. Ultrasəs etdilər, dolaşan qan laxtası aşkar etdilər və məni təcili əməliyyata göndərdilər. Hər şey yaxşı keçdi. İndi xəstəxanadayam".
Mənbə: bizim.media