Xalq artisti Aygün Kazımova səhnə aldığı toyda hər zaman olduğu kimi izdiham yaradıb.
Yenisabah.az xəbər verir ki, məclisdə olan qonaqlar sənətçiyə yaxın olmaq üçün səhnəyə axın edib. Bu zaman şəkil çəkdirmək istəyənlər divanın saçlarını çəkib.
Aygün Kazımova həmin an “Saçlarımı niyə yolursunuz?! Niyə axı? Mən nə dedim?” sözlərini mikrofona deyib.
Lentə alınan kadrlar sosial mediada paylaşılıb. Xalq artistinin zarafatla söz atması izləyicilərdə təbəssüm yaradıb.
Həmin kadrları təqdim edirik:
Mənbə: yenisabah.az