Məşhur aktyor Cem Yılmaz yeni sevgilisi olduğunu "Instagram"da bəyan edib.
50 yaşlı aktyor pilates müəlliməsi Necla Karahalil ilə birlikdədir.
Aktyorun Necla Karahalilin paylaşdığı fotolara ürək işarəsini qoyması diqqətdən yayınmayıb. O, həmçinin sosial media hesabında sevgilisi ilə ayaqqabılarının fotosunu da paylaşıb.
Qeyd edək ki, cütlüyün arasında 13 yaş fərqi var.
Mənbə: publika.az