Müğənniyə canlı yayımda 6 min 555 manatlıq üzük verdilər- Video

Müğənniyə canlı yayımda 6 min 555 manatlıq üzük verdilər- Video

Müğənni Mehin Hümbətovaya canlı yayım zamanı bahalı hədiyyə göndərilib.

Sənətçi "El canlı" verilişində qonaq olarkən aparıcı Elcan Rəsulov ona dostunun ad günü hədiyyəsini yolladığını bildirib.

Rəsulov müğənniyə gül dəsti və hədiyyə paketini verib. Daha sonra o, qutunun içində üzük olduğunu və 6 min 555 manata alındığını açıqlayıb.

Mehin isə dostuna təşəkkür edərək, üzüyü barmağında nümayiş etdirib.

Mənbə: musavat.com