Elnarə Təhməzovanın “Yazı taxtası”... - Video

Elnarə Təhməzovanın “Yazı taxtası”... - Video

REAL TV-də aparıcı Elnarə Təhməzovanın təqdimatında “Yazı taxtası” verilişi yayımlanacaq.

“Yazı taxtası” yaradıcı düşüncələrin ilk məkanı, öyrətmək, izah etmək, xatırlatmaq və paylaşmaq məkanı olacaq.

Əsas məqsəd insanın xarakterini, dəyərlərini və keçdiyi həyat yolunun təfərrüatlarını “Yazı taxtası” üzərinə çıxarmaqdır.

"Yazı taxtası”da insanın ağlının və ruhunun ən təmiz ifadələri yer alacaq.

Portret-müsahibə formatında olacaq veriliş hər həftənin şənbə günü, axşam saat 21:30-da yayımlanacaq.

Mənbə: qafqazinfo.az