Türkiyənin bir vaxtlar məşhur olan “Doktorlar” serialında “Ela”, “Hasan” və “Arslan” obrazlarını canlandıran Yasemin Özilhan, Yağmur Atacan və Devrim Nas uzun illərdən sonra bir araya gəliblər.
“Qafqazinfo”nun məlumatına görə, Yasemin birgə fotolarını instaqram hesabında paylaşıb.
Aktyorlar basketbol üzrə Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilən “Anadolu Efes” - “Panatinaikos” oyunun birgə izləyiblər.
Qeyd edək ki, görüş İstanbul təmsilçisinin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Doktorlar” serialı 2006-2011-ci illərdə yayımlanıb. Baş rollarda Yasemin Özilhan, Kutsi, Melike Güner, Bekir Aksoy, Yeşim Ceren Bozoğlu və Devrim Nas rol alıb.




Mənbə: qafqazinfo.az